Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

“Kütləvi vaksinasiyanın olması şərtdir” - Baş infeksionist

1 035
Paylaş:
“Kütləvi vaksinasiyanın olması şərtdir” -     Baş infeksionist

“COVID-19 vaksinlərinin tərkibində antibiotik yoxdur. Ona görə də peyvənd vurdurmaqdan çəkinmək lazım deyil”.

Pravda.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, əks göstəriş üçün həkim yoxlanışı lazımdır.

T.Eyvazov yoluxma saylarının artması məsələsinə də aydınlıq gətirib: “Yeni ştamların yoluxuculuğu daha yüksəkdir. O ölkələrdəki vaksinasiya yüksək səviyyədədir, orada yoluxma sayı çox olsa da, gündəlik ölüm faktı aşağıdır. Bu da böyük nailiyyətdir. Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Gürcüstan və İranda isə bu sahədə vəziyyət olduqca acınaqlıdır”.

Paylaş:

Ən son xəbərlər