BURADA REKLAMINIZ OLA
BİLƏR

Seçmə mərhələ oyunlarında qonaq komandanın azarkeşləri olmayacaq

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrda keçirəcəyi oyunlarına qonaq azarkeşlər buraxılmayacaq.

 

Bu barədə UEFA və FİFA qərar verib.

 

Adıçəkilən qurumlar koronavirus pandemiyası ilə əlaqədar gələn ay Avropada seçmə mərhələ matçlarına səfər komandalarının fanatlarının buraxılmamasını məqsədəuyğun sayıb. Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı isə müzakirə aparılacaq.

 

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan millimiz sentyabrın 1-də Lüksemburqun, 4-də İrlandiyanın qonağı olacaq, 7-də isə Portuqaliyanı qəbul edəcək.

Tarix: 12 Avqust 2021, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin