Bərdə rayon sakini Rəfiqə Həsənovanın pensiyası dayandırılıb və o, ölmüş şəxs kimi qeydiyyata alınıb.
Pravda.az-ın məlumatına görə, Rəfiqə Həsənova 1958- ci ildə anadan olub. Rayon sakini səhhətində yaranmış xəstəliyə görə uzun illərdir ki, pensiya alıb. İki ay əvvəl isə Rəfiqə Həsənovanın aldığı 260 manat pensiya Dövlət Sosial Müdafə Fondu tərəfindən dayandırılıb.
Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsindən Rəfiqə Həsənovaya bildirilib ki, onun pensiyasının dayandırılmasına səbəb ölü kimi qeydiyyata alınmasıdır. Aparılan araşdırmalar zamanı məlum olub ki, ölən şəxs eyni ad soyadda olan Bakı şəhəri Nərimanov rayon sakinidir.