Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Koronavirusu simptomsuz keçirən insanlar virusun yayılmasını sürətləndirir - VİDEO

1 418
Paylaş:
Koronavirusu simptomsuz keçirən insanlar virusun yayılmasını sürətləndirir -       VİDEO

Xəstəliyi yüngül formada keçirən insanlar daşıyıcı kimi virusun yayılmasını sürətləndirir.

Bəzi hallarda xəstələr COVID 19 - a yoluxsalar da bu xəstəliyi simptomsuz keçirir. Belə vətəndaşlar özləri də bilmədən ətrafındakı insanlar arasında virusu yaymış olur. Nəticədə bır xəstə gün ərzində onlarla insanı yoluxdurmuş olur.

Pravda.az-ın məlumatına görə, bu fikirləri həkim infeksionist Natiq Əliyev deyib.

Onun sözlərinə görə, vaksinin hər iki dozasını vurduran şəxslər də xəstəliyi yüngül keçirir. Bu şəxslər yenidən yoluxduqda digər insanlar  üçün artıq daşıyıcı olurlar.

Həkimlər vətəndaşları virusun yayıldığı ilk günlərdə olduğu kimi qaydalara əməl etməyə çağırır. Yoluxma sayının artması virusun yenidən alovlanmasına və təkrar  qapanmalara səbəb ola bilər.

Paylaş:

Ən son xəbərlər