Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Çavuşoğlu və Lavrov Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

1 053
Paylaş:
Çavuşoğlu və Lavrov Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

"Tərəflər Əfqanıstandakı vəziyyəti əsaslı şəkildə müzakirə ediblər, onlar vəziyyətin sabitləşməsində qarşılıqlı maraqlarını ifadə ediblər və bu ölkədəki əsas milli qüvvələri ən qısa zamanda ölkədə təhlükəsizliyi və asayişi təmin etməyə çağırıblar", - deyə XİN-in məlumatında bildirilib.

XİN başçıları həmçinin beynəlxalq və ikitərəfli gündəmdə olan digər məsələlərə də toxunublar.

Paylaş:

Ən son xəbərlər