BURADA REKLAMINIZ OLA
BİLƏR

Əşrəf Qani Əfqanıstana qayıdır

“Qan tökülməsinin qarşısını almaq və böyük bir fəlakətə mane olmaq üçün ölkədən getmək məcburiyyətində qaldım”.

 

Pravda.az xəbər verir ki, bunu Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstanı tərk edən Əşrəf Qani feysbuk hesabından xalqa və dünyaya səslənərkən deyib.

 

“Əfqanlar üçün ədalət yolundakı mübarizəni davam etdirə bilmək naminə Əfqanıstana dönənə qədər digərləri ilə fikir mübadiləsi aparacağam. Yaxın gələcəkdə ölkəyə qayıdacağam.

 

Təhlükəsizlik qüvvələri məni ölkədən çıxmağa məcbur etdi. Əmlakımı və gizli sənədləri Əfqanıstanda qoydum”, - Ə.Qani bildirib.

Tarix: 18 Avqust 2021, 22:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin