Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Tramp: “Dedim ki, amerikalılara toxunmayın, öz ölkənizdə vətəndaş müharibənizi davam etdirin”

1 412
Paylaş:
Tramp: “Dedim ki, amerikalılara toxunmayın, öz ölkənizdə vətəndaş müharibənizi davam etdirin”

Co Bayden administrasiyası Əfqanıstanda bütün mövqeləri Talibana təhvil verdi və bununla da onların qarşısında diz çökdü.

Pravda.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Mən Talibanın siyasi ofisinin rəhbəri Əbdül Qəni Bəradərlə danışırdım. Ona dedim ki, Əbdül, əgər nəsə olsa, sizə qarşı terror təşkil edəcəyik, dəhşətli olacaq. Amerikalılara toxunmayın, ölkəmizə gəlməyin, öz ölkənizdə vətəndaş müharibənizi davam etdirin. Mən onlarla heç nə edə bilməzdim, onlar əsrlərdir döyüşürlər. Və yaxşı döyüşçülərdir. Mənim onlarla yaxşı münasibətim var idi", - Tramp bildirib.

Axar.az

Paylaş:

Ən son xəbərlər