Yıxılana balta çalmazlar?!
Sovet dövründən Avropada yaşayıram və həmişə çıxışlarımda, yazılarımda və statuslarımda demişəm ki, dünyada ən güclü erməni lobbisi Azərbaycandadır. Və erməni lobbisi Azərbaycanda Rusiya vasitəsilə fəaliyyət göstərir.
Deyilənlərə və yazılanlara inansaq bu lobbinin başında dayanan Ramiz Mehdiyevdir.
Vəzifəsindən uzaqlaşdırıldiqdan sonra mətbuat müntəzəm olaraq onun (Ramiz Mehdiyev) əməllərindən yazır, törətdiyi cinayətləri qeyd edir, illərlə qurduğu biznes imperiyası göstərilir. Bəzi ələkçiyə qıl verən jurnalistlər ağız büzərək yazı müəlliflərini qınayırlar ki, bəs yıxılana balta çalmazlar...
Axı bu nə deyimdir?
Düşmənimiz yıxılıbsa onu əfv etməliyik? Yıxılarkən bizim dostumuz olur? Bəlkə düşmən yıxılıbsa onu gül-çiçəklə, zurna-balabanla qaldırağın...
Vətən xainidirsə, xalq düşmənidirsə, milli maraqlarımızı düşmən ölkəyə satıbsa, baltanı öndən də, arxadan da, yandan da vurmaq lazımdır, lap baltanı beləsinin kürəyinə çapmaq lazımdır!!!