Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Əli Həsənovdan daha bir açıqlama

1 542
Paylaş:
Əli Həsənovdan daha bir açıqlama

Sosial şəbəkələrdə Prezidentin keçmiş köməkçisi Əli Həsənovun ölkədən çıxmaq istəyərkən geri qaytarılması barədə məlumat yayılıb.

Prezidentin keçmiş köməkçisi məlumatın əsassız olduğunu bildirib. Qeyd edib ki, ölkədən çıxmaq kimi bir niyyəti olmayıb.

"Belə bir hadisə olmayıb. Ölkədən çıxmamışam, çıxmağa cəhd etməmişəm. Deyilənlər doğru deyil”, - deyə Əli Həsənov vurğulayıb.

Prezidenti keçmiş köməkçisi həmçinin şantaj məsələsinə münasibət bildirib: "Bununla əlaqədar orqanlar məşğul olur. Ona görə də əlavə şərh vermək istəmirəm. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl Əli Həsənov şantaj olunduğu barədə açıqlama yaymışdı.

Əli Həsənov 1995-ci ildə qədər Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri təyin olunub. 2015-ci ildən isə şöbə müdiri vəzifəsi saxlanılmaqla Prezidentin köməkçisi postuna təyinat alıb. 2019-cu ildə isə hər iki vəzifəsini itirib.

Qaynarinfo

Paylaş:

Ən son xəbərlər