Bir neçə gün əvvəl sosial şəbəkələrdə qapalı məkanda saxlanılan, baxımsızlıqdan arıqlamış alpakanın şəkilləri yayıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həmin heyvanın olduğu zoobulvar ərazisinə baxış keçirilib və onun saxlanma şəraitinin qənaətbəxş olmadığı aşkar edilib.
Pravda.az xəbər verir ki, alpakanın açıq hava şəraitində yaşamalı olduğu sahibkara bildirildikdən sonra onun şəxsi təşəbbüsü ilə heyvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Heydər Əliyev Fonduna təqdim olunub.
