İnşaat şirkətlərindən birinə ilkin olaraq 3000 manat, sonra isə hissə-hissə daha 2500 manat ödəniş etmiş şəxs sifariş etdiyi ev gec tikildiyinə görə pulunu geri istəyir. Şirkət isə müştəridən aldığı pulun 5100 manatını gerı qaytaracağını rəsmi bildirişlə öhdəliyinə götürüb və 3000 manatı da qaytarıb. Qalan 2100 manatın taleyi isə gənc bir ailə ilə tikinti şirkətini üz-üzə qoyub.
Paytaxt sakini Rəvan Nimanzadə "Günəşli İnşaat" şirkətinə Hövsanda fərdi ev tikmək üçün 3 min manat ödəniş edib. Daha sonra hər ay 500 manat olmaqla ümumilkdə 5500 manat pul ödədikdən sonra ev tikintisinin çox ləng getməsindən narazı qalaraq pulu geri istəyib.
İndi isə həm evsiz, həm də pulsuz qalan Rəvan Nimanzadə tez-tez şirkətə getdiyini, ancaq hər dəfə bağlı qapılar arxasında qaldığını deyir.