BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan 9-cu qızıl medalını qazandı

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

 

Qadın paracüdoçu Dürsədəf Kərimova çempionluq sevinci yaşayıb.

 

+70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Qazaxıstan idmançısı Zarina Baybatina ilə qarşılaşıb. Qələbə qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

"Neftçi İdman Klubu"nun yetirməsi olan Dursədəf 1/4 finalda Ukrayna idmançısı Anastasiya Harnik, yarımfinalda Braziliya təmsilçisi Meq Emmerikə qalib gəlib.

 

Bununla da Azərbaycan yığması Tokioda 12-ci medalını qazanıb. Komandamızın hesabında 9 qızıl və 3 bürünc mükafat var.

Tarix: 29 Avqust 2021, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin