Azərbaycanda koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.
Pravda.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Azərbaycanda koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.
Pravda.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkəyə gətirilən testlər artıq mərkəzə təhvil verilib: “Epidemiyaya yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılacaq. Azərbaycana kifayət qədər test gətirilib”.
Xatırladaq ki, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə gətirilib.Report