87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizəd Ayaz Qocamanovun təbligat-təşviqat kampaniyasının növbəti mərhələsi uğurla davam edir.
Pravda.az-ın xəbərinə görə, rayonun 80 faiz kəndlərində keçirilən görüşdə sakinlərin böyük dəstəyini qazanan Ayaz Qocamanov seçki platforması barədə ətraflı məlumat verir, insanların problemlərini öyrənir.
Ayaz Qocamanov və komanda üzvləri torpaqlarımızın bütovlüyü uğrunda şəhid olan igid vətən övladlarının məzarlarını ziyarət edir, onların ailələri ilə görüşür.
Son 3 gün ərzində rayonun – Kəlağaylı, Nəmirli, Padar, Pirhəsənli, Abasxanlı, Hacıuşağı, Xəlilli, Ərəbmehdibəy, Göydəlləyli, Hacısəmədli, Musabəyli kəndlərinin sakinləri ilə görüşən namizəd Ayaz Qocamanov və komanda üzvləri böyük izdihamla qarşılanır, geniş müzakirələr aparılır, onların dəstəyini alır.
Ayaz Qocamanov və komanda üzvləri 2014-cü ildə şəhid olan Fətəlizadə Rüfət Nazim oğlunun Padar kəndində yaşayan valideynləri ilə görüşüb, şəhidin ev muzeyini ziyarət edib, şəhidimizin ruhuna dualar oxunub. Şəhid ailəsi dövlətin dəstəyini həmişə hiss etdiklərini, dövlətimizdən razılıqlarını ifadə ediblər. Seçkilərdə Ayaz Qocamanova dəstək olacağını deyən şəhid atası namizədə uğurlar arzu edib.
Diğər kəndlərdə çıxış edən kənd ağsaqqalları Ayaz Qocamanova dəstək verdiklərini bildirib, seçki günü onu dəstəkləyəcəklərini bəyan ediblər. Namizəd bütün kəndlərdə seçki platformasını açıqlayır, bölgənin problemlərinin həlli ilə bağlı fikirlərini bölüşür, seçicilərdən dəstək istəyir.
AYAZ QOCAMANOVUN SEÇKİ PLATFORMASI İLƏ BİR DAHA TANIŞ OLAQ
*Dövlətə və dövlətçiliyə sadiq qalmaq
* Yeni parlamentdə islahatçı fikir və ideyaların təklif edilməsi
* Sosial-iqtisadi problemlərin həlli məqsədi ilə iş yerlərinin yaradılması