Sentyabrın 8-də Milli Məclisin Elm və təhsil komitəsi 2021-ci ilin payız sessiyasında onlayn formatda birinci iclasını keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumata görə, komitənin sədri Bəxtiyar Əliyev əvvəlcə Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, onlara uğurlar arzulayıb. İclasın gündəliyi təsdiq olunandan sonra komitə sədri gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci ilin iyunun 1-dən iyulun 9-dək keçirilən növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib.
Bildirilib ki, ötən növbədənkənar sessiya ərzində komitənin 3 iclası keçirilib, komitənin gündəliyinə çıxarılan qanun layihələri müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, növbədənkənar sessiya dövründə komitəyə daxil olan ərizə, məktub və müraciətlər komitədə geniş təhlil olunub, araşdırılıb, müvafiq tədbirlər görülüb və ya onların həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb. Hesabat dövründə Elm və təhsil komitəsinin üzvü olan deputatlar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq seçicilərin qəbulunu həyata keçiriblər və görüşlərdə qaldırılan məsələlərə diqqətlə və həssaslıqla yanaşıblar.
Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı və komitə üzvü İsa Həbibbəyli hesabatla bağlı çıxış edərək sənədi qənaətbəxş sayıblar və bildiriblər ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstəriblər, bir çox məsələlərlə bağlı mətbuatda mütəmadi çıxışlar ediblər.
Sonra iclasda müzakirəyə çıxarılan ikinci məsələ - Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planı barədə komitə sədri məlumat verib. Bildirib ki, iş planında iki yeni qanun layihəsinin - “Ali təhsil haqqında” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanması və komitədə müzakirə olunması nəzərdə tutulub.
Məlumat verilib ki, hazırlanmış "Ali təhsil haqqında" qanun layihəsi konseptual olaraq birinci oxunuşun tələblərinə uyğundur və komitənin iş planına daxil edilib.
Sonra Bəxtiyar Əliyev “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə bağlı qanunvericilikdə addımlar atılması barədə verdiyi tövsiyəyə uyğun olaraq ötən dövr ərzində Milli Məclisdə intensiv iş aparılıb. Qeyd olunub ki, həmin tövsiyəyə uyğun olaraq Milli Məclisdə “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanmasına başlanılıb. Bəxtiyar Əliyev hazırlanan qanun layihəsinin ümumi konseptual istiqamətləri və komitənin qarşıdakı payız sessiyası üçün iş planında nəzərdə tutulan digər məsələlər barədə fikirlərini bildirib.
İclasda çıxış edən Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitə üzvləri Ceyhun Məmmədov, Etibar Əliyev, Pərvin Kərimzadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev komitənin iş planı barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Vətən müharibəsi zamanı vətənpərvər gənclərimizin döyüş şücaəti sayəsində əldə olunan Şanlı Zəfər fonunda “Vətənpərvərlik tərbiyəsi” haqqında qanun layihəsinin hazırlanmasının xüsusi aktuallıq kəsb etdiyi qeyd olunub.
Onlayn iclasda deputatlar Tamam Cəfərova, Kamilə Əliyeva, Rafael Hüseynov, Anar İsgəndərov, Eldar Quliyev, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə və Fatma Yıldırım iştirak ediblər.
26 Aprel 01:46
26 Aprel 00:54
26 Aprel 00:49
26 Aprel 00:47
26 Aprel 00:44
26 Aprel 00:41
26 Aprel 00:31
26 Aprel 00:06
25 Aprel 23:02
25 Aprel 22:51
25 Aprel 21:25
25 Aprel 21:18
25 Aprel 20:52
25 Aprel 20:47
25 Aprel 19:47
25 Aprel 19:34
25 Aprel 18:51
25 Aprel 18:41
25 Aprel 18:39
25 Aprel 18:38
25 Aprel 18:36
25 Aprel 18:35
25 Aprel 18:32
25 Aprel 18:31
25 Aprel 18:29
25 Aprel 18:27
25 Aprel 18:26
25 Aprel 18:25
25 Aprel 18:24
25 Aprel 18:22
25 Aprel 18:20
25 Aprel 18:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:05
25 Aprel 17:59
25 Aprel 17:57
25 Aprel 17:55
25 Aprel 17:53
25 Aprel 17:33
25 Aprel 17:30
25 Aprel 17:12
25 Aprel 17:08
25 Aprel 16:48
25 Aprel 16:28
25 Aprel 16:27
25 Aprel 16:17
25 Aprel 16:11
25 Aprel 16:09
25 Aprel 16:03
25 Aprel 15:57
25 Aprel 15:55
25 Aprel 15:50
25 Aprel 15:48
25 Aprel 15:34
25 Aprel 15:07
25 Aprel 15:04
25 Aprel 14:51
25 Aprel 14:43
25 Aprel 14:36
25 Aprel 14:28
25 Aprel 14:25
25 Aprel 14:16
25 Aprel 14:14
25 Aprel 14:12
25 Aprel 14:00
25 Aprel 13:57
25 Aprel 13:56
25 Aprel 13:51
25 Aprel 13:50
25 Aprel 13:45
25 Aprel 13:43
25 Aprel 13:41
25 Aprel 13:39
25 Aprel 13:36
25 Aprel 13:32
25 Aprel 13:22
25 Aprel 13:16
25 Aprel 13:10
25 Aprel 12:37
25 Aprel 12:36
25 Aprel 12:26
25 Aprel 12:14
25 Aprel 12:11
25 Aprel 12:08
25 Aprel 12:06
25 Aprel 12:05
25 Aprel 11:58
25 Aprel 11:50
25 Aprel 11:22
25 Aprel 11:19
25 Aprel 11:10
25 Aprel 11:00
25 Aprel 10:57
25 Aprel 10:54
25 Aprel 10:51
25 Aprel 10:46
25 Aprel 10:36
25 Aprel 10:33
25 Aprel 10:24
25 Aprel 10:19
25 Aprel 10:18
25 Aprel 10:12
25 Aprel 10:05
25 Aprel 09:55
25 Aprel 09:50
25 Aprel 09:43
25 Aprel 09:36
25 Aprel 09:34
25 Aprel 09:23
25 Aprel 09:16
25 Aprel 09:12
25 Aprel 08:55
25 Aprel 08:52
25 Aprel 08:52
25 Aprel 08:48
25 Aprel 08:44
25 Aprel 08:39
25 Aprel 08:37
25 Aprel 08:32
25 Aprel 08:29
25 Aprel 08:19
25 Aprel 08:17
25 Aprel 08:14
25 Aprel 08:11
25 Aprel 08:08
25 Aprel 08:04
25 Aprel 08:01
25 Aprel 05:51
25 Aprel 05:49
25 Aprel 05:45
25 Aprel 05:44
24 Aprel 21:30
24 Aprel 21:27
24 Aprel 21:04
24 Aprel 20:40
24 Aprel 20:04
24 Aprel 20:01
24 Aprel 19:59
24 Aprel 19:56
24 Aprel 19:54
24 Aprel 19:21
24 Aprel 19:19
24 Aprel 18:49
24 Aprel 18:46
24 Aprel 18:45
24 Aprel 18:43
24 Aprel 18:41
24 Aprel 18:39
24 Aprel 18:33
Ən son xəbərləri səhifəmizdən də izləyin