BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Türk Şurasının adı dəyişdirilir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə Görüşündə sədrlik Türkiyəyə keçəcək.

 

Bu barədə AKP sədrinin müavini Binəli Yıldırım Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Dövlət Universitetində 2021-2022 tədris ilinin açılış mərasimində çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, növbəti Zirvə görüşündə Türkmənistan Türk Şurasına tamhüquqlu üzv olacaq.

 

“Beləliklə 6 dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” olacaq. Macarıstan başda olmaqla müşahidəçi üzv olmaq istəyən 15 ölkə isə növbədə gözləyir”, - deyə o qeyd edib.

Tarix: 14 Sentyabr 2021, 17:58   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin