Milli Məclisin deputatı Naqif Həmzəyevin Gəncənin Kəpəz rayonunda şəhid bulağına suyun verilməməsi ilə bağlı qaldırdığı problem həllini tapıb.
Deputatın şəhid bulağı ilə bağlı qaldırdığı məsələ həllini tapdı
Bu barədə Pravda.az-a N.Həmzəyev məlumat verib.
Deputat bildirib ki, məsələ ictimailəşdikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti reaksiya verib: “İcra hakimiyyətinin müdaxiləsindən sonra şəhid bulağının su ilə təchizatı tam təmin olunub. Artıq bulaqda sayğac da yoxdur. “Azərsu” ASC-nin əməkdaşları bildirdilər ki, suyun verilməməsi qəza ilə bağlı olub, bundan sonra mütəmadi su ilə təmin ediləcək, sayğac da qoyulmayacaq. Məsələnin həllinə dəstək olan şəxslərə təşəkkür edirəm”.