“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Gəncənin Kəpəz rayonunda şəhid Rəşad Ələkbərovun xatirəsinə inşa edilən bulağın açılışı zamanı suyun kəsilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
A.Cəbrayıllı Pravda.az-a açıqlamasında bildirib ki, Gəncədə Vətən müharibəsində şəhid olmuş 10 şəhidin xatirəsinə ucaldılmış bulaq var, hamısı su ilə təmin edilib.