BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bir çıxış yolumuz qalır ki, ÜST-ə diz çöküb yalvaraq"

 Azərbaycanda əhalinin əksəriyyətinin ictimai nəqliyyatdan istifadə etməsinə baxmayaraq, hələ də şənbə və bazar günləri avtobuslar işləmir. Nəzərə alsaq ki, insanların bir çoxu həftə sonları da çalışır, həmin günlər əhali taksi xidmətindən istifadə etmək məcburiyyətində qalır. Bu isə 1 gün üçün 10-15 AZN taksiyə pul vermək deməkdir. Məsələ ilə bağlı Sonxeber.az-a deputat Aqil Abbas açıqlama verərkən bildirib ki, hər kəs Operativ Qərargaha müraciət etsə də, xeyri yoxdur:

 

"Bunu bütün deputatlar, jurnalistlər, ziyalılar, Azərbaycanda böyükdən-kiçiyə hər kəs deyir ki, şənbə-bazar insanlar əziyyət çəkirlər, işə gedənlər var. Axı iş yalnız 5 gündən ibarət deyil. İçtimai nəqliyyat artıq həftə sonları da işləməlidir. Operativ Qərargaha bununla bağlı tədbir görməsini deyirsən,"bu qulaqdan alır, digər qulağdan ötürür". Onlara heç maraqlı deyil. Hər kəs nəqliyyatla bağlı yazır, etiraz edir, bunu deməyən artıq qalmayıb. Neçə dəfə deyilsə də, bir əncam çəkən yoxdur. Bir çıxış yolumuz qalır ki, hamı yığışsın, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancıya diz çöküb yalvarsın, bəlkə, o xanım icazə verər.

 

Azərbaycanda çox adamda maşın var, lakin bəzən onlar da avtobus ya metrodan istifadə edirlər.

 

Teatrı açmayan adam şənbə-bazar günü içtimai nəqliyatı açandırmı? Ona görə də ümüd qalır Hande Harmancıya".

Tarix: 20 Sentyabr 2021, 23:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin