Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.

Pravda.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Naim Cahidzadə "Naxçıvan" Universitetində İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyib.