Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“Kiçik maliyyə ayırmaqla və ya jurnalistlər üçün müsabiqələr təşkil etməklə problemləri həll etmək çətin olacaq”

1 190
Paylaş:
“Kiçik maliyyə ayırmaqla və ya jurnalistlər üçün müsabiqələr təşkil etməklə problemləri həll etmək çətin olacaq”

“Medianın yaxşı vaxtları var idi, əldə yayım hesabına qəzetlərin yüksək satış göstəriciləri, bol reklam (şirkətlər reklam verərkən qəzetlər arasında fərq qoymurdu, satışı yüksək olanlara üstünlük verirdi) və indiki ilə müqayisədə jurnalistlərin aldığı normal qonorarlar. İndi bunların heç biri yoxdur. Ayda bir neçə dəfə mediaya kiçik maliyyə ayırmaqla və ya jurnalistlər üçün müsabiqələr təşkil etməklə bu problemləri həll etmək çətin olacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, medianı dövlət maliyyəsindən asılı vəziyyətə salmaq çıxış yolu deyil: “Dövlət elə imkanlar yaratmalıdır ki, media öz qazancı hesabına dolana bilsin, jurnalistlər dövlətdən ev alacaq günü illərlə səbirsizliklə gözləməkdənsə, qazancı hesabına kreditlə ev ala bilsin. Bunları ona görə yazdım ki, jurnalistlər dostlarımın problemlərini yaxından müşahidə edirəm. Medianın İnkişafı Agentliyinin reklam və yayım barədə ciddi düşünməsi lazımdır, Türkiyə təcrübəsi faydalı ola bilər”.

Paylaş:

Ən son xəbərlər