Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

Pravda.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata görə, ölkədə seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb. 

Bildirilir ki, seçicilər 64 şəhər və rayonda mer və sakrebulo (bələdiyyə üzvləri) seçəcək. Ümumilikdə ölkədə 3 664 seçki məntəqəsi təşkil edilib və 3 497 345 vətəndaş seçki hüququna malikdir. 

Qeyd olunur ki, mer vəzifəsinə 64 yer üçün 231 nəfər namizədliyini irəli sürüb. Bu şəxslər 21 partiyanı təmsil edir və 8-i müstəqil namizəddir. Namizədlərin yalnız 22-si qadındır. Hər şəhərdə səslərin yarıdan çoxunu qazanan namizəd qalib elan olunacaq. 

Sakrebuloya gəldikdə isə, seçki zamanı 2044 nəfər üzv seçiləcək.