Bakı yollarındakı müxtəlif dairələrdə hərəkətin təşkilində nöqsanlar var. Məsələn, Sədərək ticarət mərkəzi ilə Meyvəli bazarı tərəfdə olan dairənin 3-də də çatışmazlıq var. Dairələrdə müvafiq nişanlanma işləri aparılmayıb. Bu yoldan istifadə edən sürücülər isə çətinlik çəkir, ordakı hazırki vəziyyət qəzalara səbəb olur.
Ərazidə yerləşən dairələrdə xəbərdaredici nişanların olmaması, dairəni bildirən nişanların isə tam şəkildə təşkil edilməməsi sürücülərə çətinlik yaradır.
"Sədərək" ticarət mərkəzi ilə "Meyvəli" bazarı yolunda olan bu dairələrdə sürücülər hərəkəti yazılmamış qanunlar əsasında təşkil edirlər. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov ərazidə təhlükəsiz hərəkətin təminində ciddi çatışmazlıqların olduğunu deyir.