Rusiyanın Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızı öldürməkdə şübhəli bilinən 30 yaşlı Aleksandr Lazarev Orskda avtomobil oğurlamaq istəyərkən saxlanılıb.
Pravda.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən TASS-a bildirilib.
Qeyd edək ki, oktyabrın 1-də Qay şəhərində binada baş verən yanğının söndürülməsi zamanı mənzildən 17, 18 və 19 yaşlarında üç qızın cəsədi tapılıb. Onlardan ikisinin meyiti kirayə qaldıqları mənzildə, üçüncü isə sonradan evin yaxınlığında aşkar olunub.