Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Sabah Azərbaycanda “sükut günü”dür

863
Paylaş:
Sabah Azərbaycanda “sükut günü”dür

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası sabah başa çatır.

Pravda.az-ın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi  partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Bu, “sükut günü” hesab edilir.

Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 8-i saat 08:00-a qədər olan dövrü əhatə edir.

Xatırlatma: qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış yəni, yanvarın 17-də başlanıb.  

Paylaş:

Ən son xəbərlər