BURADA REKLAMINIZ OLA
BİLƏR

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər müalicə alır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

 

Səhiyyə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzdən bildirilib ki, fevral ayının 7-si üçün yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

 

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Tarix: 7 Fevral 2020, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin