BURADA REKLAMINIZ OLA
BİLƏR

BNA-dan sərnişindaşıma ilə məşğul olanlara XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.

 

BNA-dan Pravda.az-a verilən xəbərə görə, xəbərdarlıqda daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb.

 

“Həmçinin, sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etsinlər, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur.

 

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir”, - xəbərdarlıqda bildirilir.

Tarix: 7 Fevral 2020, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin