BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan millisi uduzdu

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Pravda.az-ın məlumatına görə, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşüb.

 

Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ənənəsini bu dəfə də davam etdirib. Bakı Olimpiya Stadionundakı görüşə qədər aktivində cəmi 1 xal olan milli doğma azarkeşlər önündə də meydanı başıaşağı tərk edib.

 

Onsuz da, ilk iki yer şansını çoxdan itirən komandamız ən azı ilk qələbə sevinci yaşaya bilərdi. Lakin üç cavabsız qolla yığmamızı darmadağın edən İrlandiya tsikldə birinci qalibiyyətini Bakıda əldə edib. Bu məğlubiyyət de Byazinin yetirmələrini turnir cədvəlinin “zirzəmi”sində “möhkəmlədib”.

 

Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçirəcək.

Tarix: 9 Oktyabr 2021, 22:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin