BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni: “Həyat yoldaşım başqa ölkədə yaşayır, gec-gec görürəm”

Aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz "Zaurla Günaydın" verilişinin qonağı olub.

 

Pravda.az-ın xəbərinə görə, aparıcı Sədaqətə ərə getməsi haqda suallar ünvanlayıb. İfaçı "Ərinə qulluq edə bilirsən? Nə olub aç de" sözlərinə belə cavab verib:

 

"Görəndə qulluq edirəm. Həyat yoldaşım başqa ölkədə yaşayır. Əvvəl Türkiyədə idi, indi ordan köçüb. Gec-gec görürəm".

 

Zaur Baxşəliyev isə "Ərindən yaxşı danışmadın, ürəyim açılmadı. Nəsə var" sözlərini söyləyib.

 

Qeyd edək ki, Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi.Axşam.az

Tarix: 8 Fevral 2020, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin