Xalq artisti Nazpəri Dostəliyeva "Zaurla Günaydın"da etdiyi açıqlama ilə təəccübləndirib.
Nazpəri Dostəliyeva: "Qadın otursun, həyat yoldaşının çörəyini yesin"
Pravda.az-ın xəbərinə görə, sənətçi qadınların işləməyinin tərəfdarı olmadığını bildirib.
Xalq artisti qadının ən vacib işinin övladları ilə məşğul olmaq olduğunu bildirib: "Qadın heç işləməsə yaxşıdır. Otursun həyat yoldaşının çörəyini yesin. Çünki bu gün o qədər qəliz məsələlər var. Qadın elə öz övladları ilə məşğul olsa onun savadlı böyüməsində daha çox xidmət etmiş olar".Milli.az