Bakıda "yaşıl soyqırım" davam edir.


Pravda.az-ın xəbərinə görə, paytaxtın Tələt Şıxaliyev küçəsində (Zooparkın arxası) meşəlik ərazidə ağaclar qurudulur. Quruyan ağacların bir hissəsi kəsilib, proses davam edir. Fotoları sosial şəbəkədə paylaşan Elşad Mətləboğlu bildirib ki, ərazidə çoxmənzilli yaşayış binasının tikiləcəyi ehtimal edilir. Artıq tikinti daşları da gətirilib.