Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Dövlət idarəsindən 15 min manatlıq oğurluq edildi

1 138
Paylaş:
Dövlət idarəsindən 15 min manatlıq oğurluq edildi

Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinə məxsus yüksək təzyiqli boru kəmərlərinin 16 ədəd dayaq yastıqlarının (15.600 manat dəyərində) oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluda şübhəli bilinən rayon sakinləri O.Hüseynov, V.Məmmədov, İ.Səfərov, E.Aslanov, V.Məhərrəmov və E.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Paylaş:

Ən son xəbərlər