Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Vyana şəhərinə yola düşüb.
Elmar Məmmədyarov Vyanaya getdi
Pravda.az-ın xəbərinə görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və konfransda iştirak edən dövlətlərin xarici işlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.