Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialı pensiya, sosial sığorta və sosial müavinət məsələləri ilə bağlı bütün instansiyalarda məhkəmə işləri üzrə hüquqi təmsilçilik və dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Pravda.az xəbər verir ki, tenderin qalibi "Əkrəm Həsənov və Partnyorları" MMC-dir.