Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Ağacan Abıyev: “Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər”

1 293
Paylaş:
Ağacan Abıyev: “Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər”

“Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər. Buna görə də, onların fikirləri düzgün anlaşılmır”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev Oxu.Az-a müsahibəsində deyib.

A.Abıyev “Bəzi deputatlar mətbuatda kobud ifadələr, təhqiramiz fikirlər səsləndirirlər. İntizam Komissiyası onların da işinə baxmalıdır” fikrinə münasibət bildirərkən deyib: “Məsələni həmin fikirləri səsləndirən deputatların özündən soruşmaq lazımdır”.

Komissiya sədri qeyd edib ki, heç bir deputat ondan inciməyib: “Biz ildə uzağı bir işə baxa bilərik. Bəzən jurnalistlər deyir ki, hansısa deputat iclasa gəlməyib. Başa düşmək lazımdır ki, bəzi deputatlar həm də ictimai qurumlarda işləyirlər. Bəziləri də beynəlxalq təşkilatların iclaslarında olurlar”.

Paylaş:

Ən son xəbərlər