BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Dedim namizədliyinizi irəli sürün, hara qaçdınız?!”

“Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın inkişafı üçün çalışırlar. Bəzi şəxslərin nəyə nail olmaq istədiklərini bilmirəm. Özləri heç qara qəpiyə dəyməzlər. Yalnız söz-söhbət və dedi-qodu yaradırlar”. 

 

Pravda.az-ın xəbərinə görə, bunu “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu və Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə keçirdiyi “exit poll”un nəticələrinə əsasən qalib olan Adil Əliyev deyib.

 

“Siz şahidi oldunuz, seçkilər keçirildi, qalib bilindi. İndi də seçilən deputatlara “təyin olunmuş millət vəkilləri” deyəcəklər. Gəlin, siz də seçkidə iştirak edin, seçilin. Dəfələrlə dedim ki, 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyinizi irəli sürün, mübarizə aparaq. Hara qaçdılar, niyə gəlmədilər. Çünki onlar bilirlər ki, bu dairədə dövlətini sevən insanlar var. Kaş həmişə üzümüz gülsün. Hamıya uğurlar arzu edirəm. Amma bir məsələni xüsusi qeyd etməliyəm, utanıram, xəcalət çəkirəm ki, Dağlıq Qarabağ işğal altındadır. Biz həmin torpaqları azad etməliyik. Bunun üçün dövlətimiz güclü olmalıdır. Dedi-qodunu, qiybəti yığışdıraq, birlikdə olaq, Ali Baş Komandanın ətrafında sıx birləşək” – A.Əliyev bildirib.

Tarix: 9 Fevral 2020, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin