Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşları fərdi qəza nəticəsində həlak olarsa və ya sağlamlığına zərər dəyərsə, onlara sığorta məbləğindən 15 faiz sığorta ödənişi veriləcək.
Pravda.az-ın məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.