BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: "Bu seçkidə uğur qazandıq"

"Yeni Azərbaycan Partiyası Milli Məclisə növbədənkənar seçkilərdə uğur qazandı. Bu uğurun təməlində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri dayanır".

Pravda.az-ın xəbərinə görə, bunu fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində deputat seçilən, YAP Gəncə şəhər təşkilatının sədri  Naqif Həmzəyev deyib.

"Azərbaycan xalqı öz seçimi ilə, Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməklə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi. Mən hər zaman özümü Prezidentin əsgəri saymışam. Seçicilərimin Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd olaraq VI çağırış Milli Məclisin deputatı kimi yenidən mənə etimad göstərmələri mənim üçün böyük şərəfdir. Hər bir seçicimə dərin minnətdarlığımı bildirirəm və əmin edirəm ki, onların etimadını ən yüksək səviyyədə doğrultmağa çalışacaq, Vətənimizin, dövlətimizin yüksəlişi, tərəqqisi yolunda daha çox fəaliyyət göstərəcəm, hər bir Gəncəlinin deputatı olacam" - N.Həmzəyev bildirib.

Tarix: 10 Fevral 2020, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin