Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Diqqət: Ofşorlara köçürmələr 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək

995
Paylaş:
Diqqət:     Ofşorlara köçürmələr 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək

Fiziki şəxslərin güzəştli vergi tutulan ölkələrə (ofşorlara) köçürmələrinin ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilmə olacaq.

Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Paylaş:

Ən son xəbərlər