Azərbaycan Mərkəzi Bankı (AMB) Vətən müharibəsinin yaddaşlara həkk olunması məqsədilə 8 noyabr – Zəfər Günü ilə əlaqədar silsilə xatirə pul nişanları buraxıb.
Azərbaycanda Zəfər Günü ilə bağlı xatirə pul nişanları dövriyyəyə buraxılıb
Xatirə pul nişanlarının ən böyük nominalı 500 manatdır və üzərində "Qarabağ Azərbaycandır!" yazısı əks olunub.
Xatırladaq ki, AMB tərəfindən mütəmadi olaraq Azərbaycanın tarixinə, mədəniyyətinə, elminə, incəsənətinə, eləcə də idman, görkəmli şəxsiyyətlər, əlamətdar hadisələr və s. mövzulara həsr olunmuş yubiley və xatirə pul nişanları tədavülə buraxılır. Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış bütün yubiley və xatirə pul nişanları Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.