BURADA REKLAMINIZ OLA
BİLƏR

İqbal Ağazadənin şikayətinə baxıldı, qərar verildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, iclasda Ümid Partiyasının səlahiyyətli  nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

 

MSK prosedura uyğun olaraq müraciətə müvafiq dairə seçki komissiyasında baxılması barədə qərar verib.

 

Qeyd edək ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid Partiyasının deputatlığa namizədi bu partiyanın sədri İqbal Ağazadə olub.

Tarix: 10 Fevral 2020, 21:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin