BURADA REKLAMINIZ OLA
BİLƏR

Bahar Muradova: "Xalqdan mandat alaraq yenidən formalaşdıq"

"Azərbaycan Respublikasının Milli Məclisinə 2020- ci il fevralın 9-na təyin edilmiş seçkilər başa catdı. Artıq Vl cağırış Milli Məclisin üzvləri bəllidir. Hər zaman olduğu kimi bu dəfə də Yeni Azərbaycan Partiyası parlament çoxluğunu qazandı".

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin sabiq müavini Bahar Muradova "Facebook" səhifəsində yazıb.

B.Muradova seçki nəticələrini şərh edərkən vurğulayıb ki, çoxpartiyalı əsasda və eləcə də müstəqil namizədlərdən ibarət yeni tərkib demokratik, şəffaf azad seçkilərdə, vətəndaşların yüksək aktivliyi şəraitində və geniş rəqabət mühitində formalaşdı: "Xalqımızın minilliklərlə mövcud olan qədim məşvərət mədəniyyətinə və 100 ildən artıq parlamentarizm ənənəsinə söykənən müasir Azərbaycan Parlamentinə kecirilən bu seckilər çoxminli xarici və daxili izləyicilərin cox intensiv müşahidəsi şəraitində hamımız ücün məsuliyyətin və öz taleyinə cavabdehliyin növbəti sınağı oldu. Və biz bu sınaqdan da çıxmağı bacardıq. Müstəqil Azərbaycan dövlətinin ətrafında ümummilli liderimiz Heydər Əliyevin ideyaları ilə "Daha güclü Azərbaycan naminə" birləşə bildik. Ölkə Prezidentinin daha yüksək zirvələr uğrunda həyata keçirdiyi islahatlar prosesinin tərkib hissəsi olmaq üçün xalqdan mandatımızı yeniləyərək yenidən formalaşdıq".


Sabiq vitse-spiker ümid edir ki, qısa müddətdən sonra öz işinə başlayacaq müstəqilliyin bərpasından sonra altıncı dəfə formalaşan Azərbaycan Parlamenti ona olan bütün ümidləri doğruldacaq.Xalqımızın və dövlətinizin mənafeyi naminə qanunların qəbulu, onların icrasına nəzarət və vətəndaşları təmsil etmək kimi vacib funksiyalarının yerinə yetirilməsi ücün öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edir, yeni tərkibə uğurlar arzulayır, secicilərə isə təşəkkürümü bildirirəm".

Tarix: 10 Fevral 2020, 22:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin