Benzindaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 108-ə çatdı
1 557
Paylaş:
Syerra-Leonedə yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 108 nəfərə çatıb
Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 108 nəfərə çatıb.
Pravda.az xəbər verir ki, bu barədə Afrika Dövlətinin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaralanan 92 nəfər xəstəxanaya çatdırılıb.
Partlayış noyabrın 5-də axşam saatlarında benzin daşıyan maşının qranit plitələri daşıyan yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tanker yanacaqla dolu olub.
Qəzadan sonra hər iki sürücü maşınlarından düşüb, yaxınlıqda dayanan şəxslər isə zədələnmiş yanacaq daşıyan maşından tökülən yanacağı yığmağa çalışıblar. Bir anda partlayış baş verib və yanğın başlayıb. Qurbanların əksəriyyəti yandırılaraq ölüb.
Syerra-Leone Prezidenti Julius Maada Bio həlak olanların ailələrinə başsağlığı verib və dövlətin onlara dəstək olacağını bildirib.
Eyni zamanda, dövlət başçısı noyabrın 7-də Qanada keçiriləcək Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin sammitinə səfərini ləğv edib.