"Gələn il ölkəmizdə sosial müavinətlərin artırılması nəzərdə tutulur". Artımlar üçün 182 milyon manatın ayrılacağı gözlənilir. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir gələn il yaşa görə təyin edilən pensiyanın isə 375 manata çatdırılacağını bildirib. Sahil Babayev əsassız və saxta pensiya işlərinin ləğvindən də danışıb.
Azərbaycanda sosial müavinətlər artırılacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı bildirib ki məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən müavinətlərin dinamikasında 46 faiz artım gözlənilir. Nazir Əlavə edib ki, bununla bağlı müəyyən vəsait ayrılacaq.