Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Bu məbləğ 200 manat oldu

3 372
Paylaş:
Bu məbləğ 200 manat oldu

“Ünvanlı yardımın təyin edilməsi üzrə ehtiyac meyarının həddi 170 manatdan 200 manata yüksəldilib”.

Pravda.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, ehtiyac meyarının yaşayış minimumuna - 210 manata çatdırılması nəzərdə tutulub: “Bununla bağlı müvafiq qanun layihələri büdcə zərfində parlamentə təqdim olunub”.

Paylaş:

Ən son xəbərlər