"Amnistiya Aktının imzalandığı günün səhəri, yəni 6 noyabr tarixində Penitensiar Xidmət üzrə 36 nəfər məhkum azadlığa buraxılıb".
Amnistiya Aktına əsasən indiyə qədər 101 nəfər azadlığa buraxılıb
Pravda.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub: “İndiyə qədər 101 nəfər azadlığa buraxılıb”.