Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Bəşər Əsəd generalı vəzifəsindən azad etdi

725
Paylaş:
Bəşər Əsəd generalı vəzifəsindən azad etdi

Bəşər Əsəd Suriya ərazisindəki İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” qüvvələrinin komandanı Mustafa Cavad Qafarini vəzifəsindən uzaqlaşdırıb.

Pravda.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədat” telekanalı məlumat yayıb.

Nəşr bildirir ki, Suriya rejiminin bu addımına səbəb korrupsiya, suverenliyin pozulması və Qafarinin İsrail və ABŞ-a qarşı icazəsiz hərəkətləri olub.

Mənbənin sözlərinə görə, Suriyadakı Əl-Qüds bölmələrinin və iranpərəst silahlı birləşmələrin komandiri Mustafa Qafari ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən malların idxalına və dövlət və özəl Suriya bazarı ilə rəqabət aparan “qara bazar”ın təşkilinə şərait yaradıb.

Paylaş:

Ən son xəbərlər