Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Samir Şərifova rəqəmlərlə cavab

883
Paylaş:
Samir Şərifova rəqəmlərlə cavab

"Maliyyə naziri Samir Şərifovun "ərzaq mallarının idxalında və vergilərdə heç bir rüsum qaldırılmayıb" fikri doğrudur. Lakin hökumət bazarda qiymətlərin qaldırılması üçün kifayət qədər "xidmət göstərib". Misal üçün, yanacağın, elektrik enerjisinin, təbii qazın qiymətini qaldırmaqla bazar qiymətlərinə təsir edib. 2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu 196 manat müəyyən edilib. Həmin dövrdə isə bazarda 45 faiz bahalaşma baş verib".

Pravda.az xəbər verir ki, bu fikirlər Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadəyə məxsusdur.

Partiya sədri cari ildə qiymətində artım olan bir sıra ərzaq məhsulları barədə məlumat verib. Qeyd edib ki, yaşayış minimumu müəyyən edilərkən hökumətin hansı kriteriyaları nəzərə aldığı çox maraqlıdır.

"Təkcə bu dövrdə kələmin qiyməti 5 dəfə, kartofun qiyməti 35 faiz, bitki yağının 100 faiz , kərə yağının 20 faiz, un məmulatları və mərci 40 faiz, qreçka və yuyucu vasitələri qiyməti 50 faiz artıb, çörəyin qiymətində isə dəyişiklik olmasa da, çəkisi 100 qram azaldılıb və s. Bütün ərzaq məhsullarının artımı təxminən 45 faiz bahalaşma deməkdir. Bahalaşmadan sonra hökumət müəyyən etdiyi 196 manat yaşayış minimumuna il ərzində 88 manat vəsait əlavə etməli idi. Çünki müəyyən edilmiş yaşayış minimumu vətəndaşa əlavə ziyan vurub.  O cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat müəyyənləşdirildiyi halda, bahalaşma nəticəsində 93,15 manat, təqaüdçülərdə 162 manat müəyyən edildiyi halda, 72,90 manat, uşaqlar üçün 175 manat müəyyən edildiyi halda, 78,75 manat ziyan vurulub. Bütün bunlar göstərir ki, hökumət ötən il müəyyən etdiyi yaşayış minimumlarına 45 faiz əlavələr etməli idi", - deyə İ.Ağazadə qeyd edib.

Paylaş:

Ən son xəbərlər