Baş Dövlət Yol Polisi İdarəsi sayrışan işıqlarla bağlı fiziki və hüquqi şəxslərə müraciət edib. Avtomobillərini belə işıqlarla icazəsiz təchiz edən sürücülər qanunu pozmaqla yanaşı, avtomobil yollarında təhlükəli vəziyyət yaradırlar. Bəs belə şəxsləri hansı cəza gözləyir ?
Avtomobillərinə sayrışan işıqları icazəsiz quraşdıran sürücülərə xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev bildirib ki, son vaxtlar avtomobil yollarında hərəkətdə olarkən qabaq hissəsində göy və ya qırmızı rəngli sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Şöbə rəisi qeyd edib ki, sürücülər qanunu pozmaqla yanaşı, digər hərəkət iştirakçılarına da mane olurlar.