Bu gün Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla MDB-yə üzv ölkələrin səfirləri arasında görüş keçirilib.
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, görüş zamanı Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə onun adından “Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə” Fəxri Fərmanını Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.